resepti.local » Resept » Hummus resepti
Hummus resepti

Hummus resepti

Mətbəx: Türkiyə mətbəxi
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Hummus resepti

Tərkibi:
Noxud – 200 qr
Tahin (küncüt yağı ) – 1 və ya 2 x/q
Limon suyu – 2 x/q
Zeytun yağı – 1 və ya 3 x/q
1 və ya 2 diş sarımsaq
Duz və istəyə görə digər ədviyyatlar (qırmızı istiot, zirə, qara istiot…)

Hazırlanması:
Noxudu bir neçə saat suda isladın (bütün gecə olsa daha yaxşı olar), suyunu süzüb yeni suda, təxminən, 2 saat bişirin. Bişdikdən sonra suyunu süzün, amma atmayın. Bütün inqredientləri blenderdən keçirdin. Əgər humus çox qatı alınarsa, əvvəlcədən saxladığınız sudan əlavə edib qatışdırın. Hummusu boşqaba əlavə edib üzərinə zeytun yağı və qırmızı istiot gəzdirin. Bir saat soyuducuda saxladıqdan sonra servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür