resepti.local » Resept » Reyhan şərbəti resepti
Reyhan şərbəti resepti

Reyhan şərbəti resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Reyhan şərbəti resepti

Tərkibi:
1 dəstə reyhan
1 limonun suyu
1,5 stəkan şəkər tozu
2 litr isti su

Hazırlanması:
1. Reyhanı yuyub, süzün. Bütün dəstəni qazana qoyun.

2. Reyhanın üzərinə limon suyu və şəkər tozunu əlavə edin.

3. Qaynar suyu qazana əlavə edin. Şəkər tozunun qazan dibində yığılıb qalmaması üçün 1-2 dəfə qarışdırın. Şərbət halına gələnə kimi qaynadın. Daha sonra otaq temperaturunda 1 - 1,5 saat saxlayın. Qazanın qapağını mütləq qoyun.

4. Şərbət otaq temperaturunda soyuduqdan sonra tənzifdən süzərək dolçaya (sürahiyə) tökün.

5. Soyuducuda soyutduqdan sonra buz əlavə edib, reyhan yarpaqları ilə bəzəyib süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür