resepti.local » Resept » Cirə (kimyon) nədir?
Cirə (kimyon) nədir?

Cirə (kimyon) nədir?

Kateqoriya: faydalı bitkilər

Cirə (kimyon) nədir?

Adi cirə (xanus, qanuş) (Pimpinella anisum L.) kərəviz (Apiaceae) fəsiləsinə daxil olan birillik ot bitkisidir. Zəif budaqlanan mil kök sisteminə malikdir. Gövdəsi düz, dairəvi, uzununa qırışlı qısa tükcüklü, budaqlanan 25-60 sm hündürlükdədir. Aşağıdakı yarpaqları üzün saplaqlı, bütöv və ya bölünmüş, dairəvi və ya tumurcuq şəkilli, kənarları dişli, orta yarpaqları qısa saplaqlı, üç pazşəkilli dilimli dişli, yuxarı yarpaqları isə oturaq, üç və ya beş bölümlü, xətti bölünmələrə güclü ayrılmışdır. Gövdəsinin zirvəsində çətir şəklində yerləşən ağ rəngli çiçəkləri vardır. Çiçək qrupu və çiçəyin hissələri keşniş bitkisində olduğu kimidir. Meyvəsi qabırğalı, zəif tükcüklü, iki toxumlu, dimdikli yumurta formalıdır.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür