resepti.local » Resept » Qarpız və feta salatı resepti
Qarpız və feta salatı resepti

Qarpız və feta salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Qarpız və feta salatı resepti

Tərkibi:
Bir qarpız
400 qr. yüngül ağ pendiri
Çəyirdəksiz qara zeytun
1 ədəd limon
1-2 yarpaq reyhan
Zeytun yağı və sirkə
Duz, istiot

Hazırlanması:
1. Qarpızı iki hissəyə bölün. İçini çıxardın, çəyirdəklərini təmizləyin və kiçik kublar şəklində doğrayın.

2. Pendiri də eyni şəkildə doğrayın.

3. İkisini salat qabına qoyun, üzərinə qara zeytunları, zeytun yağını, sirkəni, duz və istiotu da əlavə edin.

4. Bütün bunların üzərinə reyhan yarpağını da əlavə edin.

5. Axırda limonu 8 hissəyə bölün, hər boşqabın yanına qoyun.

6. Salatı sərin şəkildə süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür