resepti.local » Resept » Makaron salatı resepti
Makaron salatı resepti

Makaron salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Makaron salatı resepti

Tərkibi:
100 qr. toyuğun döş əti
5 ədəd cherry pomidor
60 qr. xırda makaron
1 ədəd kök
12 alma
50 qr. lobya

Hazırlanması:
1. Toyuğun döş ətini uzunsov doğrayın.

2. Sobanın üzərinə tavanı qoyun, yağsız toyuğu xəfif çəhrayılaşana qədər qızardın.

3. Makaronu yağsız, duzsuz suda qaynadın.

4. Kökü də qaynayan suda bişirin.

5. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın.

6. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın.

7. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin.

8. Lobyanı süzün,doğrayın.

9. Bütün ərzaqları salat qabına əlavə edin.

10. Bir kasada 1 x.q. xardal, 1 kofe q. üzüm sirkəsi və 1 kofe q. zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür