resepti.local » Resept » Vegetarian yeməyi - Lobio resepti
Vegetarian yeməyi - Lobio resepti

Vegetarian yeməyi - Lobio resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Vegetarian yeməyi - Lobio resepti

Tərkibi:
Təzə lobya – 60 qram
Soğan – 20 qram
Pomidor və bolqar bibəri – 20 qram
Sarımsaq – 4 qram
Bitki yağı – 5 ml

Qarnir üçün:
Buxarda bişirilmiş düyü – 60 qram
Vermişel – 20 qram
Zeytun yağı – 5 ml
Duz – 1 qram
7 bibərin qarışığı – 1 qram

Hazırlanması:
Birinci qarniri hazırlayın. Zeytun yağında vermişeli qızardın. Sonra düyü, duz və bibər qarışımını əlavə edin. Bir az su əlavə edib qapağını bağlayın ki, öz buxarında bişsin. Sonra isə lobyanı yuyun və təmizləyin, doğrayın. Bir su dolu qaba əlavə edin və 3 dəqiqə qaynadın. Bir az buz əlavə edin ki, rəngi yerində qalsın. Pomidoru qaynar suya, daha sonra isə soyuq suya salın. Nəticədə qabığını soymaq asan olacaq. Qabığını soyduqdan sonra kub şəklində doğrayın. Soğanı isə doğrayın və qızılı rəng alana qədər bitki yağında qızardın. Ardından isə bişmiş lobyanı, pomidoru, dilimlənmiş bolqar bibərini, sarımsağı və ədviyyatları əlavə edin. 10 dəqiqə bişirin. Lobionu qarnirlə servis edin.

Qeyd edək ki, bu 1 nəfərlik porsiya üçündür.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür