resepti.local » Resept » Badam südü resepti
Badam südü resepti

Badam südü resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Badam südü resepti

Tərkibi:
Çiy badam – 1 stəkan
İçməli su – 4 stəkan ( 2 stəkanla daha qatı, 4 stəkanla isə az qatı olur)
Toz darçın
Dad qatmaq üçün bal, bəkməz

Hazırlanması:
Badamları axşamdan suya qoyun. Səhər badamların suyunu süzüb su ilə birlikdə mikserdən 2 dəqiqə boyunca keçirdirik. Bir qabın ağzına tənzifi yerləşdirib qarışımı tənzifdən süzürük. Tənzifi təmiz sıxın ki, maye tam süzülsün. Mikseri yuduqdan sonra yenidən badam südünü mikserə əlavə edin və üzərinə darçını, balı və ya bəkməzi əlavə edib yenidən qarışdırın. Hazırladığınız badam südünü soyuducuda 3 gün saxlaya bilərsiniz. Bu müddət ərzində badam südünüz təzə qalacaq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür