resepti.local » Resept » Yeni il pudinqi resepti
Yeni il pudinqi resepti

Yeni il pudinqi resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Yeni il pudinqi resepti

Tərkibi:
Yaxşı qabaran un - 110 qram
Qarışıq ədviyyat – 1 çay qaşığı
Duz – 1 çimdik
Təzə ağ çörək qırıntıları – 75 qram
Quşbaşı badam – 30 qram
Qarışıq qurudulmuş meyvə - 350 qram
Soyulmuş, içi ovulmuş və rəndələnmiş alma – 1 ədəd
Yumurta – 2 ədəd böyük ölçülü
Limon şirəsi və qabığı rəndələnmiş limon – 1 ədəd
Bəkməz – 1 xörək qaşığı
Kərə yağı – 110 qram
Qəhvəyi şəkər – 175 qram

Hazırlanması:
1. Böyük bir qarışdırma qabına qarışıq ədviyyatları, unu və duzu əlavə edirik. Sonra isə çörək qırıntılarını, quşbaşı badamları, qurudulmuş meyvələri və almanı da bu qarışıma qatırıq. Ayrı bir qabda isə yumurtaları, bəkməzi, limon şirəsi və qabığını qarışdırmalısan. Aşağı dərəcəli istilikdə yağ ilə qəhvəyi şəkəri əritdikdən sonra onu yumurta və unlu qarışım ilə qarışdırmaq lazımdır. Üzərini yaxşıca örtüb 1 saat kənarda saxlayırsan.

2. Sobanı 150 dərəcədə isitmək lazımdır. Təxminən 1.2 litrlik pudinq qabını kərə yağı ilə yağlamaq gərəkdir.

3. Yağlanılan dərin qaba pudinqi əlavə edib və sonra isə sobadakı ½ sm-lik su tökülmüş qabın içərisinə qoymalıyıq.

4. Daha sonra isə bişməyə qoyulur. Bişdikdən sonra soyuyur və servis edilir. Bunu 6 ay saxlamaq olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür