resepti.local » Resept » Yeni ilə xüsusi hind toyuğu resepti
Yeni ilə xüsusi hind toyuğu resepti

Yeni ilə xüsusi hind toyuğu resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 4-6

Yeni ilə xüsusi hind toyuğu resepti

Tərkibi:
Böyük ölçülü hind toyuğu – 1 ədəd 3 kq-lıq
Yarıya bölünmüş limon – 1 ədəd
Soyulmuş kiçik ölçülü soğan – 1 ədəd
Yumşaldılmış kərə yağı

Hazırlanması:
Əgər bayram süfrənizdə hind toyuğu olacaqsa onu mütləq 1 gün əvvəldən təmizləyib, yuyub və ədviyyatlayıb soyuducuya qoymaq lazımdır. Bu onu daha da dadlı edir. Hind toyuğunu bişirməmişdən 1 saat əvvəl toyuğu soyuducudan çıxarıb otaq istiliyində özünə gəlməsini gözləməlisiniz. Yarıya bölünmüş limonları və doğranmış soğanı təmizlənmiş hind toyuğunun içərisinə yerləşdirin. Sobanı 200 dərəcədə isidib bişirəcəyimiz menyunu seçirik. Sonra soba qabının içərisini də yağlayırıq, hind toyuğumuzu sinə hissəsi yuxarı şəkildə qoyulmaqla yerləşdiririk (mütləq sinə hissə üstdə qalmalıdır. Çünki yağ belə rahat yayılır və yaxşı bişir.). Bişməyə qoyuruq. Bişənə yaxın sobanın istilik dərəcəsini 170-ə endiririk. Sonra isə döş hissəni alta çevirib, yenidən qoyun bişsin. Bişməsinə 15 dəqiqə qalmış sinə ətinin tam bişib-bişmədiyini yoxlayın. 10 dədiqə sonra bir də yoxlayıb sobadan çıxarın. Üzərinə göyərti doğranmışı səpərək servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür