resepti.local » Resept » Ərişdəli noxudlu şorba resepti
Ərişdəli noxudlu şorba resepti

Ərişdəli noxudlu şorba resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Ərişdəli noxudlu şorba resepti

Tərkibi:
Qaynadılmış noxud - 1 kasa
Ərişdə - 1 su stəkanı
Ət suyu - 1 su stəkanı
Su
Duz

Bastırması üçün:
Qatıq - 1 kasa
Un - 2 x.q.
Yarım limon
Su
Üzəri üçün
Kərə yağı
Nanə
Pul bibər

Servisi üçün:
Qurudulmuş bibər

Hazırlanması:
Qazanda su qaynadılır, üzərinə qaynadılmış noxud əlavə edilir. Ərişdəni, duzu əlavə edib bişməyə qoy. Bastırması üçün qatığı və unu bir kasaya əlavə et. Limon suyunu sıxıb, soyuq ət suyunu da əlavə edib çırpma teli ilə qarışdır. Ərişdənin qaynayan suyundan da bir az basdırma üçün əlavə elə və qatlaşmaması üçün qarışdırmağa davam et. Bastırmanı qaynayan qazanın içinə əlavə edərkən bir əlinlə də qazanı qarışdır. Servis edərkən şorbanı şorba boşqablarına çək. Kərə yağını ərit, qızarınca yağın üzərinə pul bibər və nanəni də əlavə edib qarışdır. Bu sosu şorbanın üzərinə gəzdir. Qurudulmuş bibərləri də az yağda qızart və şorbanın yanında servis et.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür