resepti.local » Resept » Kökəltməyən salat resepti
Kökəltməyən salat resepti

Kökəltməyən salat resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kökəltməyən salat resepti

Tərkibi:
Yarım kilo ispanaq
Yarım çay stəkanı küftəlik bulqur
Yarım çay stəkanı isti su
Yarım dəstə şüyüd
1-2 ədəd təzə soğan
Yarım çay stəkanı doğranmış qoz

Sous üçün:
Yarım xörək qaşığı soya sousu
1 xörək qaşığı sirkə
2-3 xörək qaşığı nar şərab
Yarım limon suyu
1 xörək qaşığı zeytun yağı
Duz, istiot
Yarım nar

Hazırlanması:
Küftəlik bulquru yumşalana qədər isti suda saxlayın. Doğranmış ispanaq, şüyüd və soğanı bulqurla qarışdırın. Qoz əlavə edib qarışdırın. Sous üçün lazım olan ərzaqları yaxşıca çırpın. Salatı servis qabına boşaldın, sousu da töküb qarışdırın. Üzərinə nar səpərək servis edə bilərsiniz.

İstəsəniz, salatın üstünə qreypfrut və portaqal da qoya bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür