resepti.local » Resept » Albalılı çizkeyk resepti
Albalılı çizkeyk resepti

Albalılı çizkeyk resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Albalılı çizkeyk resepti

Tərkibi:
50-70 qr kərə yağı,
2 paket “petit buere” peçenyası

Krem üçün:
400 qr labne pendiri,
200 qr xama,
3 ədəd yumurta,
1 st şəkər tozu,
1 x.q. un,
1 paket vanil,
1 ç.q. sürtgəcdən keçirilmiş limon qabığı

Albalılı sous üçün:
250 qr albalı,
5 x.q. şəkər tozu,
2 x.q. nişasta (1 st suda həll edilir),
1 st su,
1 paket vanil

Hazırlanması:
Əvvəlcə üzərinin sousunu hazırlamaq üçün albalıların çiyidini çıxardıb, çəngəllə əzirik. Üzərinə şəkər tozu və su əlavə edib, qarışdıraraq 30-35 dəqiqə gözlədirik.

Bu müddət ərzində peçenyanı üyüdüb, ərinmiş yağla yoğururuq və açılıb-bağlanan keks qabının dibinə tökürük. Qabın iç tərəfini yağlayıb(yağlı kağızdan da istifadə etmək olar) soyuducuya qoyuruq. Daha sonra ayrı bir qaba pendir, şəkər tozu və xama əlavə edib, mikserlə çalırıq. Üzərinə yumurtaları sıra ilə əlavə edərək, çalmağa davam edirik.

Son olaraq üzərinə un, vanil və limon qabığı əlavə edib, qarışdırırıq. Soyuducudakı qabı çıxardıb, hazırladığımız bu qarışımı peçenyanın üzərinə əlavə edirik.
Üzərini hamarlayıb, 180 dərəcə istilikli sobada 45 dəqiqə bişiririk.
*Qeyd. Bişərkən üzərinin çatlamaması üçün bir qabı su ilə doldurub, sobaya qoyun.
Sosu hazırlamağa davam edirik. Əvvəlcə hazırladığımız albalılı qarışıma suda həll olunmuş nişasta əlavə edərək qazda qaynadırıq. Qaynamağa başlayanda odu azaldıb, 5 dəqiqə bişiririk. Qazdan götürüb, vanil əlavə edirik və soyumağını gözləyirik.

Soyuduqdan sonra bişirdiyimiz çizkekin üzərinə əlavə edib, eyni bərabərdə yayırıq. 4-5 saat(mümkün qədər çox) soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür