Ananas salatı resepti

Tərkibi:
2-3 ədəd kartof,
2 ədəd kök,
100 qr qarğıdalı konservi,
150 qr toyu filesi,
ananas,
mayonez,
duz,istiot
Hazırlanması:
Əvvəlcə kartof və kökü suda qaynadırıq. Ayrı bir qabda toyuq filesini suda bişiririk. Ərzaqlar soyuduqdan sonra kartof və kökün qabığını soyub, xırda kublar formasında doğrayırıq. Toyuq filesini isə əlimizlə didirik. Ananası xırda üçbucaqlar şəklində doğrayıb, bütün ərzaqlar ilə birlikdə qarışdırırıq.
Beləliklə, ananas salatımız hazırdır, zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!

Bunlara da baxın:
Şərhlər (0)