resepti.local » Resept » Şabalıdın təmizlənməsi
Şabalıdın təmizlənməsi

Şabalıdın təmizlənməsi

Kateqoriya: məsləhətlər

Şabalıdın təmizlənməsi

Şabalıdın təmizlənməsinin ən rahat üsulu belədir:

Şabalıdın baş tərəfindən aşağı doğru və altını da bıçaqla kəsirik. Burda diqqət etmək lazımdır ki, qabıqla bərabər pərdəsini də kəsin. Yoxsa pərdəni soymaq çətin olacaq. Şabalıdın hamısının qabıqlarını kəsdikdən sonra qazanda su qaynadırıq. Qaynayan suya şabalıdları töküb təxminən 5-10 dəqiqə qaynadırıq. Deşikli qaşıq vasitəsilə sudan çıxarıb düz qaba töküb qabıqlarını çıxardırıq. Qabıqlar cox rahat çıxacaq. Bəzilərinin də qabığı elə suda çıxacaq.

Əgər şabalıdı saxlamaq istəyirsinizsə onda hər pay üçün istədiyiniz qablara yığıb ağzına sellofan çəkib ya da sellofana yığıb ağzını bağlayıb soyuducunun buzxanasına saxlaya bilərsiniz.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür