resepti.local » Resept » Göbələk soslu bonfile,püre,brokoli resepti
Göbələk soslu bonfile,püre,brokoli resepti

Göbələk soslu bonfile,püre,brokoli resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Göbələk soslu bonfile,püre,brokoli resepti

Tərkibi:
Bonfile üçün:
200 qr bonfile,
1-2 x.q. zeytun yağı,
duz,istiot

Brokoli salatı üçün:
200 qr brokoli,
1 ədəd baş soğan (kiçik ölçülü),
2 ədəd pomidor (kiçik ölçülü),
1 ədəd limon,
1 ç.q. zeytun yağı,

Qaymaqlı göbələk sosu üçün:
150 qr göbələk,
1-2 x.q. zeytun yağı,
100 qr qaymaq,
1-2 diş sarımsaq,
kəklikotu

Püre üçün:
3-4 ədəd kartof,
yarım st süd,
duz,istiot

Hazırlanması:
İlk öncə tavaya zeytun yağı əlavə edərək, ətin hər iki tərəfini 5 dəqiqə qızardırıq. Daha sonra brokoli salatını hazırlayırıq. Əvvəlcədən qaynadılmış suya brokoliləri əlavə edib, 5 dəqiqə bişiririk. Bişdikdən sonra suyunu süzürük. Üzərinə xırda doğranmış soğan və dilimlənmiş pomidor əlavə edirik. Ayrı bir qabda limonun suyunu sıxıb, üzərinə duz, zeytun yağı əlavə edərək, qarışdırırıq. Hazırlanmış qarışımı salatın üzərinə töküb, yenidən qarışdırırıq.

Qaymaqlı göbələkli sosu hazırlamaq üçün doğranmış göbələkləri az zeytun yağında qovururuq. Üzərinə qaymaq, xırda doğranmış sarımsaq və kəklikotu əlavə edib, qatılaşana kimi bişiririk.

Son olaraq püreni hazırlamaq üçün kartofların qabığını soyub, üzərinə su və duz əlavə edərək qaynadırırq. Bişdikdən sonra suyunu süzüb, üzərinə süd əlavə edirik. Əzərək püre halına salırıq.

*Qeyd. Kartofların ölçüsündən asılı olaraq əlavə etdiyiniz südün miqdarı az və ya çox ola bilər.

Beləliklə, ləziz yeməyimiz hazırdır. Süfrəyə verərkən ətin üzərinə göbələk sosu əlavə edib, pürə və brokoli salatı ilə servis edirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür