resepti.local » Resept » Pankek resepti
Pankek resepti

Pankek resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Pankek resepti

Tərkibi:
2 ədəd yumurta,
3 x.q. şəkər tozu,
2 st süd,
2 x.q. duru yağ,
2 st un (dəyişə bilər),
1 paket qabartma tozu,
1 paket vanil

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra üzərinə digər ərzaqları da əlavə edib, çalmağa davam edirik. Diqqət etmək lazımdır ki, qarışım nə çox duru, nə də qatı olmasın. Son olaraq isidilmiş tavaya qaşıqla əlavə edib, hər iki üzünü bişiririk.

Qeyd.1. Tavaya yağ tökülmür.

Qeyd.2. Elə qaşıq seçin ki, pankeklər eyni ölçüdə olsun.

Qeyd.3. Pankeki bişirən zaman üzərində qabarcıqlar yarananda çevirin. Tez-tez qaldırıb baxmayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür