resepti.local » Resept » Zəriflik tortu resepti
Zəriflik tortu resepti

Zəriflik tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Zəriflik tortu resepti

Tərkibi:
Biskvit üçün:
3 ədəd yumurta,
1 st şəkər tozu,
0.5 st süd,
0.5 st duru yağ,
2 st un,
1 paket qabartma tozu,
1 paket vanil

Krem üçün:
350 qr xama (20%-li),
100 qr şəkər pudrası,
50 qr qatılaşdırılmış süd,
1 paket vanil

Üzəri üçün:
1 ədəd limonun qabığı

Hazırlanması:
İlk öncə yumurtaların sarısını ağından ayırıb, sarısını şəkər tozu ilə birlikdə mikserlə çalırıq. Üzərinə süd, yağ, un, vanil və qabartma tozunu əlavə edib, bir cinsli qarışım alınana kimi mikserlə çalmağa davam edirik. Daha sonra ayrı bir qabda yumurtaların ağını təxminən 10 dəqiqə mikserlə çalıb, ilk hazırladığımız qarışımın üzərinə əlavə edirik. Əvvəlcədən isidilmiş sobada 170 dərəcə istilikdə bişiririk. Bu müddət ərzində kremi hazırlaya bilərsiniz.

Kremi hazırlamaq üçün xama, qatılaşdırılmış süd, vanil və şəkər pudrasını mikserlə çalırıq.

Biskvit bişdikdən sonra bir müddət soyumasını gözləyirik. Soyuduqdan sonra biskviti bıcaq və ya sapın köməyi ilə 2 hissəyə ayırırıq. Hər iki hissənin üzərinə krem çəkib, üst-üstə yerləşdiririk. Gözəl görünüş əldə etmək üçün üzərinə sürtgəcdən keçirilmiş limon qabığı səpərik.

Beləliklə, adı kimi dadı da “zərif” olan tortumuz hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür