resepti.local » Resept » Boxça resepti
Boxça resepti

Boxça resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Boxça resepti

Tərkibi:
2 st düyü,
3-4 ədəd badımcan,
300 qr can əti,
1 ədəd qırmızı bibər,
1 ədəd yaşıl bibər,
duz,istiot

Hazırlanması:
İlk öncə badımcanları uzun-uzun doğrayıb, qızardırıq. Daha sonra düyünü suda bişirib, dəmə qoyuruq. Can ətini xırda tikələr şəklində doğrayıb, bibərlərlə birlikdə qızardırıq. Forma vermək üçün kiçik ölçülü kasaya badımcanları düzüb, içinə düyü yerləşdiririk. Üzərini badımcanların kənarı ilə büküb, düz boşqabda kasanı tərs çeviririk. Üstünə bişirdiyimiz can ətindən yerləşdirib, zövqə görə bəzəyirik.

Beləliklə, ləziz dadlı və gözəl görünüşlü “boxça”-mız süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür