resepti.local » Resept » Kartoflu tökmə piroq resepti
Kartoflu tökmə piroq resepti

Kartoflu tökmə piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kartoflu tökmə piroq resepti

Tərkibi:
1 st - Qatıq və ya xama
1/2 st - Bitki yağı
3 ədəd - Yumurta
1 paket - Qabartma tozu
Duz, istiot
2-2,5 st - Un
3 ədəd - Orta ölçülü kartof
1 ədəd - Soğan
100 qr - Holland pendiri
100 qr - Feta pendiri
Göyərtilər

Hazırlanması:
Yumurta,qatıq(xama),yağ,duz,istiotu qarışdırıb üzərinə unu və qabartma tozunu ələyirik və tam həll edirik. Kartofu və pendirləri kubik formasında,soğan və göyərtləri xırda formada doğrayıb qarışıma əlavə edirik,istənilən soba qabına töküb(əgər keramika soba qabında bişirsəz daha gec bişəcək,şüşə qabda daha tez bişəcək,həmçinin maffin qablarına tökərək də bişirmək olar). 180 dərəcədə 30-45 dəqiqə bişiririk,üzərinə küncüt,kətan toxumu və ya çörəkotu səpərək daha gözəl görüntü verə bilərik,üzəri qızarmağa başlayanda artıq bişmiş olur.Soyudub süfrəyə vermək məsləhətdi.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür