resepti.local » Resept » Almalı turta resepti
Almalı turta resepti

Almalı turta resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Almalı turta resepti

Tərkibi:
2 yumurta
125 qr kərəyağı
1/2 çay st. duru yağ
1/2 çay st.süd
1 su st. şəkər
1 paket qabartma tozu
Un (texminen 4stekan.Siz kontrol ede ede elave edin unu)

Almalı iç üçün:
5 alma
1/2 su stəkan. Şəkər
2 çay qaşığı darçın

Üzəri için:
Pudra şəkəri

Hazırlanması:
Birinci almalı içi hazırlayaq. Deməli almaları soyub sürtgəçdən keçirək, üzərinə şəkəri əlavə edib aşağı qaz üzərində suyu çəkilənə qədər bişirək.Qabımızı kənara qoyaq üzərinə darçın əlavə edib qarışdıraq.
Keçək xəmirə, bütün xəmir iqrediyentlərin bir qabda yoğuraq.Çox yumşaq ələ yapışmayan xəmir olacaq. Turta qabımıza xəmirin ikidə birindən biraz artıq hissəni ayırıb qaba səliqəli şəkildə yayaqdaha donra almalı içimizi əlavə edək.Xəmirin qalan hissəsin açıb uzun (çox nazik eləmiyin) ip şəklində hissələrə ayıraq turtamızın üzərinə şəkildəki kimi düzək. 180 dərəcədə üzəri çəhrayı rəng olana qədər bişirək (çalışın çox qızartmayın).Budur turtamız hazırdır soyuduqdan sonra üzərinə çay süzgəci köməyilə pudra şəkəri səpib nuş edə bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür