resepti.local » Resept » Damla şokoladlı muffin resepti
Damla şokoladlı muffin resepti

Damla şokoladlı muffin resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Damla şokoladlı muffin resepti

Tərkibi:
3 yumurta
1 su st şəkər
1 armudu st süd
1 su st duru yağ
1armudu st qatıq
1 paket vanil
1 paket qabartma tozu
2, 5 su st un
Damla şokolad (xəmirə və üzərinə )

Hazırlanması:
İlk öncə yumurta və şəkəri mikserlə yaxşıca çalırıq. Daha sonra süd,duru yağ, qatığı elavə edib yenidən qarışdıraq.Və sonda un qabartma tozu və vanili əlavə edək. Damla şokoladdan bir iki ovuc xəmirə əlavə edib qaşıqla qarışdıraq. Muffin qablarına bir çömçə xəmir əlavə edib üzərinə yenidən damla şokolad əlavə edək.İstəsək fındıq və ya nestle ( və ya başqası ) şokoladın hissələrə bölüb əlavə edə bilərsiz. Muffinlərimiz 180 dərəcə əvvəlcədən qızdırılmış sobada təxminən 25 dəq müddətində bişir. Bişmiş muffinləri biraz soyuduqdan sonra qabdan çıxarın nuş edin. Puf kimi ağızda əriyən muffinləriniz olacaq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür