resepti.local » Resept » Limonlu peçenyə resepti
Limonlu peçenyə resepti

Limonlu peçenyə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Limonlu peçenyə resepti

Tərkibi:
125 gram yumşalmış kərə yağı
1 armudu st. duru yağ
1 su st-dan 1 barmaq əksik pudra şəkəri
1 yumurta
1 .5 su st. qarğıdalı unu (mısır unu desənız bütün marketlərdən tapa bilərsiz)
Sürtgəçdən keçirilmiş 1 büyük limon qabığı
1 paket vanil
1 paket kabartma tozu
2.5 su st.un

Hazırlanması:
Xəmir üçün əvvəlcə yumşaq kərə yağını pudra şəkərilə krem halına gələnə qədər mikserlə qarışdırırıq.Üzərinə duru yağ+yumurta+qarğıdalı unu+limon qabığı (mən 3-4 damla limon suyu da əlavə etdim) əlvə edib yenidən qarışdırırıq.Sonda un vanil qabartma tozu əlavə olunub yoğrulur. Təxminən xəmirimizi 15 dəq soyuducuda saxlayaq.
Bişirmə kağızının üzərinə toplar şəkllində xəmirimizdən hissələr ayıraq.Mən üzərini fındıqla bəzədim görüntü gözəl oldu 170 dərəcə öncədən qızdırılmış sobada bişirin. Diqqət eliyin üzəri çox qızarmasın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür