resepti.local » Resept » Fırın sütlac resepti
Fırın sütlac resepti

Fırın sütlac resepti

Mətbəx: Türkiyə mətbəxi
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Fırın sütlac resepti

Tərkibi:
1 litr süd
1.5 stəkan su
1 stəkan şəkər tozu
0.5 stəkan yumru düyü
2 x.q buğda nişastası
1 paket vanil

Hazırlanması:
Düyünü suda yumşalana qədər vam odda bişiririk. Kənarda südün içərisinə nişastanı,şəkəri və vanili qatıb qarışdırırıq və bura bayaq bişirdiyimiz düyünü əlavə edib qazın üzərində vam odda yavaş yavaş qarışdıraraq qaynayana qədər bişiririk. Hazır sütlacı istiyə davamlı qablara töküb soba qabına düzüb və yanına da su qoyuruqki buxarlansın və sütlacı qurumağa qoymasın. Üst tərəfi isidilmiş 200 dərəcədə sobada sütlacların üzəri biraz qızarana qədər bişiririk. Və budur hazırdır zövqə görə isti və ya soyudulmuş halda süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür