resepti.local » Resept » 1 portağaldan 2 litr portağal şirəsi resepti
1 portağaldan 2 litr portağal şirəsi resepti

1 portağaldan 2 litr portağal şirəsi resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

1 portağaldan 2 litr portağal şirəsi resepti

Tərkibi:
1 ədəd portağal
1 ədəd limon
2 l su
1 su stəkanı şəkər tozu

Hazırlanması:
Əvvəlcə portağalı yuyub soyuducunun dondurucu gözünə qoyuruq, tam donur. Sonra portağalı soyuducudan çıxarıb doğrayıb ət çəkən maşından keçiririk, sonda 1 stəkan su tökürük maşınaki içərisində qalan portağallarda tam çıxsın.

Çəkilmiş portağalı bir qazana töküb üzərinə 2 litr su əlavə edib qaynayana qədər qarışdırırıq, 1-2 dəq tam qaynayandan sonra soyumağa qoyuruq. Soyuyandan sonra (biraz ilıq vəziyyətdə olsa da olar) onu süzgəcdən süzürük üzərinə şəkər tozu və limon şirəsi əlavə edib şəkər tozu tam riyənə qədər qaşıqla qarışdrırıq. Vəssalam 1 portağaldan 2 litr portağal şirəmiz hazır, sərin halda süfrəyə təqdim edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür