resepti.local » Resept » Ovdux resepti
Ovdux resepti

Ovdux resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 2-4

Ovdux resepti

Tərkibi:
adambaşı 100 q mal əti
200 q qatıq
100 q təzə xiyar
40 q göy soğan
keşniş, reyhan, şüyüd
1 yumurta
duz

Hazırlanması:
Ovdux hazırlamaq üçün qaynar su soyudulur və əvvəlcədən çalınmış qatıq həmin suda açılır. Xiyar soyulub xırda-xırda doğranır. Mal əti ayrıca bişirilib soyudulur və xırda tikəciklər şəklində doğranır. Sonra yumurta bərk bişirilib soyulur və dilim şəklində doğranır. Bura doğranmış keşniş, reyhan, şüyüd və soğan əlavə olunub suda açılmış qatıqda qarışdırılır, içinə duz töküb soyuducuya qoyulur.

Ovdux soyuq halda süfrəyə verilir.

QEYD: Ovdux ətsiz də bişirilə bilər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür