resepti.local » Resept » Küftə bozbaş resepti
Küftə bozbaş resepti

Küftə bozbaş resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Küftə bozbaş resepti

Tərkibi:
adambaşına 150 q qoyun əti
15 q düyü
20 q təzə alça yaxud 10 q alça qurusu
25 q noxud (iri)
150 q kartof
yarım baş soğan
zəfəran
döyülmüş istiot
quru nanə
duz

Hazırlanması:
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir və yumşaq ət baş soğanla birlikdəət çəkən maşından keçirilir. Sonra ətə duz və döyülmüş istiot qatılır. Düyü arıtlanıb yuyulub və çəkilmiş ətə qatılaraq qarışdırılır. Sonra adambaşına 1-2 küftə hazırlanır. Hər küftənin içərisinə 1-2 ədəd yuyulmuş alça qurusu qoyulur. Küftə bişəndə dağılmasın deyə, xörəyin duz normasının çox hissəsini küftələrə vurmaq lazımdır.

Çəkilmiş ətdən küftə hazırlayarkən əlləri suda islatmaq məsləhət görülür.

Hazır bulyon narıngöz metal süzgəcdən süzülür və yenidən qaynamaga qoyulur. Bulyon qaynadıqda içinə əvvəlcədən isladılmış noxud tökülür və bişirilir. Sonra bulyona əvvəl küftələr, biraz keçir sonra kartof, narın doğranmış soğan əlavə edilir. Xörəyin hazır olmasına bir az qalmış ona duz, istiot və zəfəran şirəsi vurulur.

Küftə-bozbaş süfrəyə kasada verilir və üzərinə nanə qurusu səpilir. Xörəyin yanına ayrıca boşqabda soyulmuş baş soğan və sumaq qoyulur.

QEYD: küftə-bozbaş bir küftədən və ayrıca ət tikəsindən də ibarət ola bilər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür