resepti.local » Resept » Sezar salatı resepti
Sezar salatı resepti

Sezar salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Sezar salatı resepti

Tərkibi:
300 qr toyuğun döş əti
200 qr pendir parmezan
200 qr pomidor çerri
200 qr suxari
Kahı
Sous:
Mayonez
Narın xörək duzu
istiot
1 diş sarımsaq
1 ədəd limonun şirəsi.

Hazırlanması:
Toyuq ətini xırda doğrayıb, duz, istiot vurub bişiririk. Çox qurutmuruq döş əti tez bişdiyi üçün bir az qovurub götürürük. Pendir xırda-xırda doğranılır və ya sürtgəcdən keçirilir.
Sousunu hazırlayırıq: Mayonezin içərisinə limon suyu və bir diş sarımsaq əzilir qarışdırılır.
Kahı və pomidor xırda doğranılır, bunların üzərinə suxari, pendir, toyuq əti əlavə olunur, duz istiot vurulur, sousu əlavə edib qarışdırılır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür