resepti.local » Resept » Kuleş resepti
Kuleş resepti

Kuleş resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Kuleş resepti

Tərkibi:
300 q qiymə (mal əti, yaxud toyuq)
1 dolu x.q. suxarı
4-5 kartof
3 x.q. buğda
1 yerkökü
1 baş soğan
duz
istiot (üyüdülmüş və dənəvər)
dəfnə yarpağı

Hazırlanması:
Həcmi 2 l olan qazanda su qaynadın. Qaynayan suya təmizlənib iri kubik doğranmış kartof salıb duz vurun. Kartof bişən müddətdə küftələri hazırlayın.

Qiyməyə suxarı, duz, qara üyüdülmüş istiot vurub qoz boyda küftələr tutun.

Soğanı xırda doğrayın, yerkökünü sürtgəcin orta gözündən keçirin. İkisini də birlikdə bitki yağında qovurun.

Kartof qaynayan qazana küftələri, yuyulmuş buğdanı, qızardılmış soğanla yerkökünü, dəfnə yarpağını və dənəvər istiotu əlavə edin.

Qaynara düşəndən sonra ocağı azaldıb buğda yumşalınca, təxminən 10-15 dəqiqə bişirin.

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür