resepti.local » Resept » Yaxşı xurmanı necə seçmək olar
Yaxşı xurmanı necə seçmək olar

Yaxşı xurmanı necə seçmək olar

Kateqoriya: məsləhətlər

Yaxşı xurmanı necə seçmək olar

Xurma Ramazan ayının ən populyar təamıdır. Dükanlarda çoxlu sayda müxtəlif xurma növləri satılır.

Sizə yaxşı xurmanın seçmək qaydalarını təqdim edirik:
1. Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngdə olur. Xurmanın rəngi açıqdırsa, bu o deməkdir ki, xurma yaxşı yetişməyib. Belə xurmanı almayın.
2. Xurmanın üzərində ləkələr olmamalıdır.
3. Xurma bərk olmamalıdır, lakin çox yumşaq da olmamalıdır.
4. Yaxşı xurmanın rəngi parlaq deyil, mat olmalıdır.
5. Xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma sobalarda qurudulub. Belə xurmanı almayın.
6. Xurma yapışqan, yağlı olmamalıdır. Meyvələr bir birinə yapışıbsa, bu yaxşı xurma sayılmır.
7. Çəyirdəkli xurma daha yaxşı sayılır.
8. Yedikdən əvvəl xurmanı mütləq yumaq lazımdır.
9. Xurmanı soyuducuda saxlayın.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür