resepti.local » Resept » Qəhvəli asan piroq resepti
Qəhvəli asan piroq resepti

Qəhvəli asan piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qəhvəli asan piroq resepti

Tərkibi:
0,5 st. qatıq
3 ç.q. qəhvə (tezəriyən)
2 yumurta
1 st. şəkər tozu
100 q yumşaq yağ
1 st. un
1 qabartma tozu

krem:
4 x.q. şəkər tozu
4 x.q. xama
4 ç.q. qəhvə

Hazırlanması:
Yarım stəkan qatıqda 3 ç.q. qəhvəni əridin.
2 yumurta ilə 1 st. şəkər tozunu çalın. Qəhvəli qatığı, 100 q yumşaldılmış yağ, 1 st. un, qabartma tozunu əlavə edib qarışdırın.
Formanı yağlayın, perqament döşəyin.
Xəmiri içinə töküb 180 dərəcədə 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.

Krem üçün göstərilən ərzağı çalın. Onun miqdarını artırıb-azalda da bilərsiniz. Bu zaman şəkər tozu ilə xamanı xörək, qəhvəni çay qaşığı ilə götürün, nisbət isə eynidir, yəni hərəsindən eyni sayda qaşıq. Kremi piroqun arasını kəsib ortasına, yaxud da sadəcə üzərinə çəkə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür