resepti.local » Resept » Yaşıl yağ resepti
Yaşıl yağ resepti

Yaşıl yağ resepti

Mətbəx: Yoxdu
Kateqoriya: souslar
Porsiya: Yox

Yaşıl yağ resepti

Tərkibi:
100 q göy soğan
50 q reyhan
50 q cəfəri
50 q şüyüd
100 q kəvər
300 - 400 ml bitki yağı
1-2 x.q. iri dəniz duzu

Hazırlanması:
Göyərtini tərtəmiz yuyub kağız salfetlə suyunu çəkin.

Göy soğanla kəvəri öncə bıçaqla doğrayıb, sonra digər göyərti ilə blenderə yığın, duz vurub xırdalayın.

Bitki yağını əlavə edib xırdalayın. Sousun qatılığını bitki yağı, yaxud göyərti əlavə etməklə ayarlayın.

Yağı bankaya, yaxud şüşə butulkaya yığın, soyuducuya qoyun. İstifadədən əvvəl çalxalayın. Soyuducuda 2-3 həftə saxlaya bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür