resepti.local » Resept » İtalyansayağı toyuq piroqu resepti
İtalyansayağı toyuq piroqu resepti

İtalyansayağı toyuq piroqu resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 4-6

İtalyansayağı toyuq piroqu resepti

Tərkibi:
1/3 st. sürtgəcdən keçirilmiş parmezan
2 bişmiş toyuq filesi
0,5 st. motsarella
0,5 ç.q. oreqano qurusu
0,5 ç.q. reyhan qurusu
2 diş sarımsaq
1 banka pomidor konservi

xəmir:
0,5 st. un
1 ç.q. qabartma tozu
1 ç.q. duz
1/4 st. bitki yağı
1 st. süd
2 yumurta
1/2 st. motsarella (üzərinə)

Hazırlanması:
23 sm diametrli formanı bitki yağı ilə yağlayın. Sürtgəcdən keçirilmiş parmezanı formanın dibinə səpin. Üzərinə xırda doğranmış toyuq ətini bərabər qaydada düzün. 0,5 st. motsarella və göyərti qurularını əlavə edin. Konservləşdirilmiş pomidoru xırdalayın, əzilmiş sarımsaqla qarışdırıb pendirin üzərinə qoyun.

Xəmir üçün olan ərzağı qarışdırıb tomat qarışığının üzərinə bərabər yayın.

Piroqu 170-180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sobadan çıxarıb motsarellanın qalanını səpin. Yenidən sobaya qaytarıb 10 dəqiqə, üzəri qızarınca bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür