resepti.local » Resept » Gül kələmindən kotlet resepti
Gül kələmindən kotlet resepti

Gül kələmindən kotlet resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Gül kələmindən kotlet resepti

Tərkibi:
1 ədəd ortaboy gül kələmi
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot
Qızartmaq üçün yağ

Hazırlanması:
Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın.
Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti süfrəyə verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür