resepti.local » Resept » Mini alman tortu resepti
Mini alman tortu resepti

Mini alman tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Mini alman tortu resepti

Tərkibi:
xəmir:
2 ədəd yumurta
1st.şəkər tozu
1st.süd
1st.bitki yağı
1st.su
10 qram maya
1 x.q.mahlep
5 st.un
1ədəd vanil

krem:
4st.süd
5 x.q.un
1st.şəkər tozu
1 ədəd vanil
1 ədəd krem-şanti
2 ədəd banan

Üzərinə:
Pudra şəkəri

Hazırlanması:
Xəmiri hazırlamaq üçün quru ərzaqları bir qaba töküb qarışdırın.Unu təpələyib ortasında çala açın, süd, isti su və bitki yağın əlavə edin. Yumurtaları qırdıqdan sonra xəmiri yoğurmağa başlayın.Yaxşıca yoğurduqdan sonra üzərini örtüb, yarım saat mayalanmasını gözləyin.

Mayalandıqdan sonra istədiyiniz böyüklükdə dairələr düzəldin və yağlı kağız sərdiyiniz sinilərə düzün.
15 dəqiqə gözləyəndən sonra 180 dərəcədə öncədən isitdiyiniz sobada bişirin. Hazır olandan sonra qoyun soyusun.

Krem hazırlamaq üçün vanil və krem ​​şanti xaric, bütün ərzaqları qazana tökün. Davamlı qarışdıraraq
bişirin. Ocaqdan götürdükdən sonra ara-ara qarışdırmağa davam edin. Soyuduqdan sonra vanil və
krem şantini əlavə edib mikserlə çalın.

Bişən xəmirləri iki yerə bölüb aralarına krem çəkib,dilimlənmiş bananları üzərinə düzün.Ən sonda isə üzərinə pudra şəkəri səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür