resepti.local » Resept » Piti resepti
Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Piti resepti

Tərkibi:
6 kasa üçün bizə lazım olacaq:
Qoyun əti - 500 qr
Soğan - 2 ədəd
İri pomidor - 1 ədəd
Heyva - 2 ədəd
Noxud - 3 y.q.
Nanə - 2 y.q.

Hazırlanması:
Duz, istiot, üyüdülməmiş qara istiot - zövqə görə

Noxudu 10 saat əvvəldən suda islatmaq lazımdır. 10 saat sonra suyunu süzüb, noxudu yuyuruq. Əti çox da böyük olmayan dilimlərə bölürük, soğanı aypara şəklində, heyvanı kub şəklində doğrayırıq. Sobanı 190C-də qızdırırıq.

Kasalara soğan, ət, heyva və noxudu qoyuruq. Şorba alınması üçün kasanı yarıya qədər doldururuq. Hər bir kasaya 1 stəkan qaynar su töküb, qapaqla örtür və 30 dəqiqəlik sobaya qoyuruq.

30 dəqiqə sonra kasaları sobadan çıxarırıq, iri dilim doğranmış kartofları və kub doğranmış pomidorları əlavə edirik. Zövqə görə duz, istiot vururuq. 40 dəqiqə daha bişiririk.

Şorba kasalarını sobadan çıxarır, doğranmış nanə və qara istiot əlavə edirik. Qapağı 3 dəqiqə bağlı saxlayırıq. Şorbanı süfrəyə lavaşla veririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür