resepti.local » Resept » Bazlama resepti
Bazlama resepti

Bazlama resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Bazlama resepti

Tərkibi:
250 q boyat çörək (pide)
1.5 st. süd
2 yumurta
4-5 x.q. bal, yaxud bəhməz
1 x.q. zeytun yağı
1 ovuc xırdalanmış qoz (fındıq, araxis)
1 st. un

Hazırlanması:
Bayat çörəyi blenderdə xırdalayın. Üzərinə süd tökün. Yumurtaları, zeytun yağını, bəhməzi (yaxud balı) əlavə edin. Qoz qatın. Unu az-az əlavə edib qarışdırın. Blinçik xəmiri qatılığında alınmalıdır.
Yağsız tavaya qaşıqla salıb o üz-bu üz qızardın.
Süfrəyə verərkən üzərinə təzə meyvə, qaymaq, bal, araxis qoya bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür