resepti.local » Resept » Waldorf resepti
Waldorf resepti

Waldorf resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Waldorf resepti

Tərkibi:
1 kahı
1 yaşıl alma
1 çay stəkanı qara quru üzüm
1 çay stəkanı qoz içi
3 kərəviz sapı
2 yemək qaşığı mayonez
1 çay qaşığı Dijon xardal
Yarım limonun suyu
duz

Hazırlanması:
Almanı yuyub yarım ay şəklində incə dilimləyin. Qaralmaması üçün üzərinə limon suyu sürtün. Kahını yuyub suyunu süzdükdən sonra iki barmaq qalınlığında doğrayın və geniş bir kasaya alın. Kərəviz saplarını 1 sm qalınlığında doğrayıp kahı ilə qarışdırın. Mayonez, xardal, üzüm, alma dilimləri, qoz, duz və limon suyunu əlavə edib qarışdırın. Hazırladığınız salatı xidmət qabına qoyub gözlətmədən xidmət edin.

Yadda saxlayın
Salatanızda alma yerinə incə dilimlənmiş nektarinlər istifadə edə bilərsiniz.
Waldorf salatı artıq hazırdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür