resepti.local » Resept » Ətli yarpaq dolması resepti
Ətli yarpaq dolması resepti

Ətli yarpaq dolması resepti

Mətbəx: Türkiyə mətbəxi
Kateqoriya: dolmalar
Porsiya: Yox

Ətli yarpaq dolması resepti

Tərkibi:
350 gr əvvəldən tutulmuş və ya təzə üzüm yarpağı
1 böyük ölçülü quru soğan
250 gr dana qıyma
1 su stəkanı düyü
3 xörək qaşığı duru yağ
1 çay qaşığı kərə yağı ya da marqarin
2 çay qaşığı pomidor sousu
2 çay qaşığı bibər sousu
Duz
Qara bibər
Qırmızı bibər

Hazırlanması:
Yarpaq əvvəlcədən tutulmuş yarpaqdırsa dolmaları bükmədən əvvəl 3 - 5 dəqiqə qaynar suda yuyun. Əgər yarpaqlar təzədirsə bu müddəti bir az daha uzadın. Soğanı mümkün olduğu qədər incə doğrayın. Yuyunmuş düyünü, qıymanı, soğanı, 1 çay qaşığı bibər sousu və 1 çay qaşığı pomidor sousunu, duru yağı, duz və qara bibəri yaxşıca qarışdırın. Daha sonra bu qarışığı ortalarına yerləşdirərək yarpaqlarını bükün. Bir qazana bükdüyünüz dolmaları düz bir şəkildə yerləşdirin.Qalan bibər və pomidor souslarını 3 xörək qaşığı duru yağ və kərə yağı qarışığında qovurun. İçinə duz, qara bibər və qırmızı bibər qoyduqdan, sonra 1/2 litr qaynamış su ilə birlikdə qazana düzülmüş dolmaların üzərinə tökün. Bişmə əsnasında yarpaqların açılmaması üçün tərs çevrilmiş kiçik bir boşqabı dolmaların üzərinə qoymağı unutmayın. Bişirmə müddəti orta odda 40 dəqiqəyə qədərdir.
Suyu azalsa isti su əlavə edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür