resepti.local » Resept » Qoz peçenyesi resepti
Qoz peçenyesi resepti

Qoz peçenyesi resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 10-12

Qoz peçenyesi resepti

Tərkibi:
Xəmiri üçün:

3 ədəd yumurta,
250 qram şəkər tozu,
200 qram marqarin,
1 çimdik duz,
2 stəkan un,
1 çay qaşığı qabartma tozu

İçlik üçün:
1-2 banka qaynadılmış qatılaşdırılmış süd,
Qoz ləpəsi (istəyə görə),

Hazırlanması:
Qoz peçenyesi hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çalın.

Marqarini əridin, otaq temperaturunadək soyudun.

Sonra bu marqarini yumurtalı-şəkərli qarışığa əlavə edin.

Marqarin, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.

Qarışığını yaxşıca qarışdırın.

Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun. Bir qədər soyuducuda saxlayın.

Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.

Xəmiri soyuducudan çıxardırıq.

Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldururuq.

Doldurduğumuz formaların qapağını bağlayıb bişiririk.

Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqlarını kəsib götürürük.

Qatılaşdırılmış südü qaynadırıq.

Qoz ləpəsini əzirik.

Sonra qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırıb qoz peçenyesinin içini doldururuq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür