resepti.local » Resept » Keşiş pörtləməsi (Papaz yahnisi) resepti
Keşiş pörtləməsi (Papaz yahnisi) resepti

Keşiş pörtləməsi (Papaz yahnisi) resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 4-6

Keşiş pörtləməsi (Papaz yahnisi) resepti

Tərkibi:
Yarım kq quzu əti
Yarım kq arpacıq soğanı
2 baş sarımsaq
3 şorba qaşığı kərəyağı ya da margarin
Yarım çay stəkanı sirkə
5 su stəkanı isti su
1 şirin çay qaşığı darçın
1 şirin çay qaşığı yenibahar
1 şirin çay qaşığı kimyon
1 paket ət suyu
1 çay qaşığı qırmızı bibər və duz

Hazırlanması:
Qazana yağı əlavə edib eridin. Quşbaşı əti yağın içinə əlavə edək. Ətlər suyunu çəkənə qədər qarışdıraq və qovuraq. Bu vaxt arpacıq soğanları və sarımsaqları soyub gözlədək. Ətlər suyunu yaxşıca çəkdikdən sonra, soğanları və sarımsaqları qazana əlavə edək (doğramadan bütün olaraq). Üzərinə duzunu, kimyonunu, darçınını, yenibaharını və sirkəsini əlavə edib 5 dəqiqə daha qovurun. Daha sonra isti suyu və ət suyunu qazana əlavə edin. Qazanın qapağını bağlayıb zəif alovda yeməyinzi bişirin. Üzərinə qırmızı bibər səpərək xidmət edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür