resepti.local » Resept » Asiyasayağı toyuq salatı resepti
Asiyasayağı toyuq salatı resepti

Asiyasayağı toyuq salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Asiyasayağı toyuq salatı resepti

Tərkibi:
Salat üçün:
1 böyük təmizlənmiş kök
3 stəkan doğranılmış kələm
2 xorək qaşığı doğranılmış nanə
300 qram nazik doğranılmış toyuğun ağ əti
1/2 stəkan doğranılmış qızardılmış badam
1 xorək qaşığı qızardılmış küncüd toxumu
3 stəkan doğranılmış kahı
1 ədəd təmizlənmiş nazik doğranılmış qırmızı şirin bibər

Sous üçün:
1/4 stəkan duru yağ
2 xorək qaşığı soya sousu
2 xorək qaşığı düyü sirkəsi
1/2 çay qaşığı şəkər tozu
1 çimdik duz
1 çimdik istiot

Hazırlanması:
Salat üçün: Kökü təmizləyərək, böyük salat qabına yerləşdirin. Üzərinə kələmi, kahını, bibəri, nanəni, toyuq ətini, badamı və küncüd toxumunu əlavə edərək, yaxşıca qarışdırın.

Sous üçün: Balaca qabda yağı, soya sousunu, sirkəni və şəkər tozunu çalın. əlavə dad üçün, duz və istiotdan istifadə edin.

Sousu salatın üstünə əlavə edərək qarışdırın. Ərzaqların dadının qarışması üçün 10 dəqiqə saxlayın. Daha sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür