resepti.local » Resept » Sırnik resepti
Sırnik resepti

Sırnik resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Sırnik resepti

Tərkibi:
Kəsmik 400 q
Yumurta 1 ədəd
Un 30 q
Xama 30 q
Şəkər tozu 50 q
Vanil 5 q
Bir çimdik duz
Şəkər kirşanı zövqə görə
Bitki yağı 1 stakan

Hazırlanması:
Sobanı 160 dərəcə isidin. Kəsmiyi aş süzəndən keçirin və yaxşıca qarışdırın.
Kəsmiyə yumurta, xama, şəkər tozu, vanil və duzu qatıb qarışdırın. Sonda un əlavə edin və yenə yaxşıca qarışdırın. Hazır xəmiri 5-10 dəq saxlayın ki özünü tutsun.
İki xorək qaşığı vasitəsi ilə balaca kündə düzəldin. Tavada bitki yağını isidib orta odda sırnikləri qızılı rəng alana kimi hər iki tərəfdən qızardın. Daha sonra sobada 5-10 ərzində bişirin.
Sırniklərin üzərinə şəkər kirşanı tökün və masaya verin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür