resepti.local » Resept » Düşbərə resepti
Düşbərə resepti

Düşbərə resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Düşbərə resepti

Tərkibi:
Xəmir üçün:
1 ədəd yumurta
150 ml su
1/2 ç.q duz
2,5 stəkan un

İçlik üçün:
300 q qoyun əti
50 q quyruq
1 baş soğan
duz, istiot
1/2 ç.q sarıkök

Hazırlanması:
Əvvəlcə xəmir hazırlayın, bunun üçün iri qaba yumurtanı sındırın, soyuq su, un və duz əlavə edib xəmir yoğurun. Xəmir azı 10 dəq dincəlməlidir. Bundan sonra xəmir elastik və yumşaq olacaq.
İçlik üçün qoyun ətini, quyruğu və soğanı ət çəkən maşından keçirin. Yaxşıca qarışdırın və zövqünüzə uyğun duzlayıb istiotlayın.
Xəmiri 6-8 hissəyə bölün, kündələyin və unlayıb oxlovla 0,5 sm qalınlığında yayın. Yayılmış xəmiri ölçüsü 3x3sm olan dördkünclərə bölün. Hər dörküncün mərkəzinə bir çimdik ət qoyun. Dördküncü iki yerə qatlayıb uclarını birləşdirin. Hazır düşbərələri unlayın.
Qazanda suyu qaynadın. Duzlayın, düşbərələri əlavə edin və 12-16 dəq. ərzində orta odda bişirin. Alınan bulyona sarıkök əlavə edin.
Hazır düşbərəni boşqaba tökün və nanə və sirkə ilə servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür