resepti.local » Resept » Zəncəfilli pryaniklər resepti
Zəncəfilli pryaniklər resepti

Zəncəfilli pryaniklər resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Zəncəfilli pryaniklər resepti

Tərkibi:
Kərə yağı 100 q
Qəhvəyi şəkər tozu 100 q
Yumurta 1 Ədəd
Bal 2x.q
Darçın 1 ç.q
Zəncəfil 1 ç.q
Mixək 1/4 ç.q
Qabartma tozu 1/2 ç.q
Duz 1/2 ç.q
Un 2 1/2 stəkan

Qlazur:
Yumurtanın ağı 2 ədəd
Şəkər kirşanı 2 stəkan
Limon şirəsi 1 ç.q

Hazırlanması:
Otaq temperaturunadək yumşalmış kərə yağını çəngəllə əzin, qəhvəyi şəkər tozunu, yumurtanı və balı qatıb mikserlə orta sürətdə çalın. Alınan məhlulun üzərinə un ələyin, ədviyyatları, duzu və qabartma tozunu qatıb elastik xəmir yoğurun. Xəmiri sellofan paketə və ya bişirmə kağızına büküb soyuducuda azı 2 saat saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Xəmiri soyuducudan çıxarıb 2 yerə bölün və kündələyin. Kündələri 0,75 sm qalınlığında yayın. Xəmirdən istədiyini fiqurları kəsin. Peçenyelər 10 dəq ərzində 180-də bişirin.

Hazır peçenyeləri soyudun.

Qlazur üçün 2 yumurtanın ağını limon şirəsi ilə bezə çalın. Sonda 2 stəkan şəkər kirşanını əlavə edib mikserlə həll edin.

Soyumuş peçenyenin üzərini qlazur və şəkərli müncuqlarla bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür