resepti.local » Resept » Şaftalılı cheesecake resepti
Şaftalılı cheesecake resepti

Şaftalılı cheesecake resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şaftalılı cheesecake resepti

Tərkibi:
2 su stəkanı ovulmuş peçenye (130 qram)
6 xörək q. yumşalmış marqarin
1 su stəkanı şəkər
225 qram yağlı pendir
1 paçka ərikli jelatin (85 qram)
2 təzə şaftalı meyvəsi
225 qram qaymaq

Hazırlanması:
Peçenye ovuntusunu marqarin və 0,25 qram şəkərlə qarışdırın.
Kvadrat formalı bir qaba töküb soyuducuya qoyun
Yağlı pendiri qalan şəkər ilə çalın və jelatin əlavə edin.
Şaftalını yuyun və xırda-xırda doğrayın.
Qaymağı başqa baqda çalın və şaftalı ilə birlikdə qarışığa əlavə edin.
Alınmış kütləni soyumuş şəkərli peçenyenin üstünə töküb 4 saat soyuducuda saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür