resepti.local » Resept » Tez hazırlanan Afrika yuxusu resepti
Tez hazırlanan Afrika yuxusu resepti

Tez hazırlanan Afrika yuxusu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tez hazırlanan Afrika yuxusu resepti

Tərkibi:
2 paket sadə krem şanti
1, 5 su stəkanı süd
1 böyük nar
2 alma
2 paket peçenye

Üzəri üçün:
şokolad sous və lazımi süd
kokos

Hazırlanması:
Əvvəlcə şokolad sousu paketdə yazan reseptə görə hazırlayırıq və soyuması üçün kənara qoyuruq.
Aradabir qarıştıraq ki üzəri bərkiməsin.
Geniş bir qaba krem şantini tökürük və soyuq südü əlavə edib, əvvəlcə az, sonra yüksək sürətlə mikserlə qarışdırırıq.
(Krem şantinin südünü, paketdə yazan miqdarın 1. 5 dəfəsini qoyuruq.
Peçenyeləri krem şantinin içinə əlimizlə parçalayaraq atırıq.
1 narın dənələrini də əlavə edirik.
Daha sonra almaları kvadrat doğrayıb əlavə edirik və hamısını qaşıq ilə qarışdırırıq.
Boşqaba boşaldırıq, düzləşdiririk.
Üzərinə şokolad sousu töküb kokos səpirik.
1-2 saat soyuducuda dinləndirib servis edə bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür