resepti.local » Resept » Qozlu və ballı parfe resepti
Qozlu və ballı parfe resepti

Qozlu və ballı parfe resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Qozlu və ballı parfe resepti

Tərkibi:
250 qram 35-40%-li qaymaq
60 qram şəkər
2 yumurta ağı
90 qram qoz
20 qram konyak
40 qram 40 %-li xama
30 qram bal
20 qram şəkər tozu
10 qram kakao tozu

Hazırlanması:
Yumurta ağını mikserlə çalıb 30 qram şəkər əlavə edərək yenidən çalın.
Ayrı qabda qaymağı yaxşı qarışdırın.
Qalan şəkəri bir qabda töküb oda qoyun.
Qızılı-sarı rəng alana qədər qızdırın.
Üzərinə doğranmış qoz əlavə edib qarışdırın.
Elə olsun ki, şəkər qozun hər təfərinə hopsun.
Kənara qoyub soyumasını gösləyin.
Qaymağı, xamanı, konyakı, balı, şəkərli qozu və çalınmış yumurta ağını qarışdırın.
Parfe hazırlayacağınız qaba yağlı kağız elə qoyun ki, kənarlarına çıxsın.
Hazırladığınız kütləni formaya töküb 2-3 saat soyuducuda saxlayın.
Süfrəyə təqdim etməmişdən 15 dəqidə əvvəl soyuucudan götürün.
Üzərinə qoz qoyun və şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür