resepti.local » Resept » Unsuz nutellalı tort resepti
Unsuz nutellalı tort resepti

Unsuz nutellalı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Unsuz nutellalı tort resepti

Tərkibi:
Keks üçün:
200 gr tünd şokolad (parçalanmış)
150 gr (1/2 su stəkanı + 1,5 yemək qaşığı) kərəyağ
100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər
100 gr (2/3 su stəkanı) toz badam (blenderda badamları çəkərək istifadə edə bilərsiniz)
4 ədəd yumurta (sarısı və ağı ayrılmış)
1 çimdik duz

Kremi üçün:
125 ml (1/2 su stəkanı) duru krem
1/4 su stəkanı nutella
60 gr (1/4 su stəkanı) duru krem (İçinə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırın. Yəni xama kimi qatı krem əldə etmiş oluruq)
Üzərini bəzəmək üçün böyürtkən və rəndələnmiş şokolad

Hazırlanması:
Sobanızı 180 dərəcəyə qoyun.
Keks bişirəcəyiniz qabın içini duru yağ ilə yağlayıb yağlı kağız səririk.
Kasaya parçalanmış şokolad və kərəyağını tökün və sobada arada qarışdırmaqla əridin.
Bir qabda toz badam və qəhvəyi şəkəri qarıştırın və şokoladlı qarışıma əlavə edin.
Yumurta sarılarını da əlavə edib qarışdırın.
Yumurta ağlarını bir çimdik duzla qabarıb qatılaşana qədər çalın.
Şokoladlı qarışımın içinə əlavə edin və altdan üstə doğru qatlama hərəkətiylə yumurta ağını qarışıma yedirin.
Qaba töküb sobaya qoyun. 35 dəqiqə bişirin.
Kremi üçün qaba krem, qatı krem və nutellanı tökün və qabarana qədər çırpın.
Soyuyan keksinizi qabdan çıxarın.
Üzərinə mousse tökün və böyürtkən və şokolad qırıqlarıyla bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür