resepti.local » Resept » Brauni peçenyesi resepti
Brauni peçenyesi resepti

Brauni peçenyesi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Brauni peçenyesi resepti

Tərkibi:
Əridilmiş yağ 6 x.q
Qəhvəyi şəkər tozu
3/4 stəkan
Yumurta 1 ədəd
Vanil 1 ç.q
Un 3/4 stəkan
Duz 1/4 ç.q
Qabartma tozu 1/2 ç.q
Kakao 1/4 stəkan

Hazırlanması:
1. İri qabda yağı və şəkər tozunu qarışdırın. Sonra yumurtanı və vanili əlavə edib qarışdırmağa davam edin.

2.Digər qabda un, duz, qabartma tozu və kakaonu qatın. Yaxşıca qarışdırın. Quru ərzaqlara sulu ərzaqları əlavə edin və qarışdırın. Bu hazırlama prosesinin kulminasiyasıdır. Xəmiri burada yeməyə başlasanız masaya heç nə çıxara bilməyəcəksiniz!! Odur ki, dadlna belə baxmayın.

3.Qaşıq vasitəsi ilə xəmirdən xırda kündələr düzəldib bişirmə kağızı ilə sərilən soba listinə qoyun. Diqqətli olun xəmir şişir. 180 dərəcə qızdırılmış sobada 5-7 dəq bişirin.

4.Hazır peçenyeni soyudun və zövqə görə üzərinə şəkər kirşanı töküb çay, qəhvə və ya süd ilə servis edin.

P.S bu peçenye xəmiri çizkeyk üçün əla əsas ola bilər.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür