resepti.local » Resept » Toyuq ləvəngisi resepti
Toyuq ləvəngisi resepti

Toyuq ləvəngisi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Toyuq ləvəngisi resepti

Tərkibi:
2 ədəd balaca toyuq
200qr palçıq turşu
4 ədəd soğan
150qr qoz

Hazırlanması:
Əvvəlcə toyuqları təmizləyib, yaxşıca yuyuruq və bir kənara qoyuruq. Ləvəngini hazırlamağa başlayırıq. Soğanların qabığını təmizləyib, ət maşınından keçiririk. Cunanın içərisinə töküb suyunu sıxırıq. Qoz ləpələrini sürtgəcdən keçirib toz halına gətiririk. Bunları palçıq turşu ilə qarışdırıb zovqə görə duz və bibər əlavə edirik. Ləvəngimiz hazırdır.
Qaşıqla ləvəngini toyuqların içinə doldurub toyuğu iynə- sapla tikirik. Evinizdə kiçik yaşlı uşaqlar varsa işiniz bitər- bitməz iynəni gizlədin. Toyuqları sobada 240 dərəcədə 60 dəqiqə bişirin. Toyuq ləvəngisini plovla, kartof qizartması və digər qarnirlərlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür